Qızılı və boz rənglər arasında bir rəngdə olan at.
Dirili Qurbani, götür, din indi!
Boynundadı məhəbbətin kəməndi.
Dərya üstə oynadırdı səməndi,
Özün Cəbrayıla pər eylədi şah.
(“Qurbani”)
*
Dastanlarda eşqin səməndi ifadəsi şəklində də işlənir:
Eşqin səməndini minib çaparam,
Sınıq, yıxıq könülləri yaparam,
Axtararam, sevdiyimi taparam,
Aman, ana, bir sövdayə düşmüşəm.
(“Qulam-Kəmtər”)
*
Halal eylə, hümmət eylə, əfəndim,
Məhəbbət oduna yana gedirəm.
Eşqin səməndini sürüb meydana,
Mənzil sürüb, biyabana gedirəm.
(“Leyli və Məcnun”)